2017-ci ilin ən çox pul qazandıran aktyorlarının adları açıqlanıb


“Forbes” jurnalı 2017-ci ilin ən çox qazandıran aktyorlarının reytinqini təşkil edib.

ExtraPress  Report.az-a istinadən  xəbər verir ki, reytinqə Vin Dizel başçılıq edir.

Onun iştirakıyla çəkilmiş filmlərdən gələn toplam gəlir 1,6 milyard dollara bərabər olub. Ən çox qazanc əldə olunan film isə “Forsaj 8” olub.

“Siyahıda ikinci yeri məhz elə “Forsaj 8” filminə görə Dueyn Conson tutub. Üçüncü sırada isə “Möcüzəvi qadın” filminin baş rol ifaçısı Qal Qadot qərarlaşıb. Onun nəticəsinə ciddi təsir edən film isə “Ədalət liqası” olub”, – reytinqin müəllifləri bildiriblər.

İlk onluğa həmçinin Emma Uotson, Conni Depp, Deyzi Ridli, Tom Holland, Kris Prett, Kris Hemsvort və Con Boyer daxil olub.

ExtraPress

Bir şərh yazın