Röya Ayxan Aygün Bəyləri məhkəməyə verib


Əməkdar artist Röya Ayxan həmkarı, əməkdar artist Aygün Bəyləri məhkəməyə verib.

ExtraPress xəbər verir ki, bunu  REPORT.AZ-a R.Ayxanın vəkili Vamiq Şükürov bildirib.

Onun sözlərinə görə, yaxın günlərdə məhkəmənin vaxtı və mülki iddianın məbləği açıqlanacaq: “Aygün Bəylər ARB televiziyasında müvəkkilimin şərəf və ləyaqətini təhqir etdiyi üçün onu məhkəməyə verdik. Yaxın günlərdə geniş məlumat veriləcək”.

Qeyd edək ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

ExtraPress

Bir şərh yazın