Amaliya Pənahova vəfat etdi


Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib.

ExtraPress  Qafqazinfo.az -a istinadən  xəbər verir ki,  bu barədə məlumatı əməkdar artist Hüsniyyə Mürvətova sosial şəbəkədə yayıb.

Onun sözlərinə görə, A. Pənahova gecə saatlarında vəfat edib: “Amaliya xanım bir müddətdir xəstəlikdən əziyyət çəkirdi”.

Qeyd edək ki, xalq artistinin 73  yaşı var idi.

Xatırladaq ki, A. Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. Prezident təqaüdçüsü olan aktrisa 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olib.

2013-cü ildə “Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri” mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb .

17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

ExtraPress

Bir şərh yazın